Sallekhana

Hindistanın Karnataka ştatının Tavanandi meşəsində aşkarlanmış XIV əsrə aid xatirə daşında, qədim kannada yazısı ilə Sallekhana ölüm orucuna riayət edilməsi təsvir edilmişdir.

Sallekhana (hind. सल्लेखना) - samlehna, santhara, samadhi-marana və ya sanyasana-marana kimi də tanınır, caynizmin etik davranış kodeksində yer almış ölüm orucu anddı. Sallekhana prosesi yemək və maye qəbulunu tərdicən azaltmaqla könüllü olaraq oruc tutmağı özündə ehtiva edir. Digər dinlərdə tətbiq edilən oruclardan fərqli olaraq burada oruc adətən dindar şəxsin ölüm halına qədər davam edir.[1] Caynizmdə buna insan nəfsinin və bədəninin cilovlanması kimi baxılır və bütün fiziki və zehni fəaliyyətləri donduraraq yenidən doğuşa təsir edən karmanı məhv etmək üçün bir vasitə hesab olunur.[2]

Caynizmlə məşğul olan din alimləri tərəfindən Sallekhana intihar hesab edilmir. Onların əsas arqumentlərindən biri budur ki, bu proses zamanı şəxs hər hansısa silahdan və ya kənar vasitədən istifadə etməklə özünə zərər vurmur və ya həyatını bir başa sonlandırmır.[1] Sallekhana andını qəbul edilmiş bir cayinistin bu prosesə hazırlanması və ya oruc müddətini tamamaması bəzən bir necə ilə başa gələ bilər.

Hindistanda hər il 300 nəfərə yaxın caynizm dinin mənsubu Sallekhana vasitəsi ilə ölümü seçir və onların ölümləri lokal icmalar tərəfindən xüsusi rituallarla qeyd olunur. Aparılan araşdırma nəticəsində məlum olub ki, təkcə Mumbayın iki rayonunda 400 cayinist son 7 ildə Sallekhana vasitəsilə ölümü seçib. Hindistanda 4 milyondan çox ardıcılı olan dinin əsas mənsubları ölkənin Racastan, Qucarat, Madhya-Pradeş, Uttar-PradeşKarnataka ştatlarında yaşamaqdadırlar.[3]

Sallekhana həm caynizmlə məşğul olan dindarlar, həm də dinlar olmayan ancaq özünü bu dinin mənsubu sayan şəxslər tərəfindən icra edilə bilən bir anddır.[4] Nişidhi qravüraları kimi tarixi dəlillər sallekhananın caynizm tarixində həm kişilər, həm də qadınlar, o cümlədən kraliçalar tərəfindən tətbiq edildiyini göstərir. Ritualların kifayət qədər tarixi kökləri və əsasları olsa da, müasir Hindistanda kiminsə sallekhana ölüm orucu əsasında həyatına son verməsi qeyri-adi hadisə olaraq qəbul edilir və birmənalı qarşılanmır.[5]

Sallekhana rituallının tətbiq edilməsi Hindistanda yaşamaq hüququ, ölüm hüququ və din azadlığı mövzularında müxtəlif mübahisələrə səbəb olmaqdadır. 2015-ci ildə Racastan Ali Məhkəməsi intihar hesab edərək bu əməli qadağan etmişdir. 2016-cı ildə Hindistanın Ali Məhkəməsi Racastan Ali Məhkəməsinin qərarını ləğv edərək, dini ritualla qoyulan qadağanı ləğv etmişdir.

18001992-ci illər arasında Caynizm ədəbiyyatlarında Sallekhana ilə ölümün ən azı 37 nümunəsi qeydə alınmışdır. 1993-2003-cü illər arasında Svetambara və Digambara caynistləri arasında müvafiq olaraq 260 və 90 Sallekhana ölümü qeydə alınıb. Əhmədabaddakı LD İndologiya İnstitutunun direktoru Citendra Şaha görə, Hindistanda hər il orta hesabla 240 caynist Sallekhana tətbiq edir və həyatlarına bu ritualla son verirlər. Onların əksəriyyəti qeydə alınmır və dövlət rəsmilərin bundan xəbəri olmur.[6]

  1. 1 2 Dundas, 2002. səh. 179–181
  2. Vijay K. Jain, 2012. səh. 115
  3. Soutik Biswas. "Hindistan tartışıyor: İbadet olarak ölüm seçilebilir mi?". bbc.com (Türk dili). BBC. 22.08.2015. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avq 2023.
  4. Battin, 2015. səh. 47
  5. Dundas, 2002. səh. 181
  6. "Over 200 Jains embrace death every year", Express India, 30 September 2006, 14 July 2015 tarixində arxivləşdirilib

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search